AZ

Donald Tramp: “Ağ Evdə UFC döyüşü keçirilə bilər”

ain.az bildirir, Milli.az portalına istinadən.

ABŞ-nin Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün təşkil olunacağını bildirib.

Milli.Az xəbər verir ki, Tramp bu fikri Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunan tədbirdə səsləndirib:

"Təsəvvür edin, Ağ Evin həyətində UFC döyüşü keçirilir. Bunun üçün kifayət qədər yer var", - deyə o qeyd edib.

Tramp döyüşün təxminən 20-25 min tamaşaçı ilə keçiriləcəyini desə də, nə tarix, nə də iştirakçılarla bağlı məlumat verməyib.

Asya

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
19
news.milli.az

10Mənbələr