AZ

Ağ Evin bağçasında qaydasız döyüş

ABŞ prezidenti Donald Tramp Amerikanın müstəqilliyinin 250-ci ildönümü üçün planlaşdırdığı tədbirlərdə ilklərə imza atmağa hazırlaşır.

Tramp Ayova ştatının Des Moines şəhərində keçirilən “America250” mitinqində iştirak edib.

Burada izdiham qarşısında çıxış edən ABŞ prezidenti Ağ Evin ərazisində “Ultimate Fighting Championship” (UFC) döyüşü keçirməyi planlaşdırdığını bildirib.

“Orada bizim çox böyük ərazimiz var”. Donald Trump, tədbirin 20,000-25,000 adam tərəfindən izləniləcək “tam hüquqlu bir döyüş” olacağını deyib: “Təsəvvür edin, biz Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik”.

Qarışıq döyüş sənətinin (MMA) böyük pərəstişkarı olan ABŞ prezidenti son aylarda bir neçə UFC matçını rinq kənarından izləyib. Donald Tramp UFC prezidenti Dana Uayt ilə də yaxın dostdur.

Prezident həmçinin Vaşinqtonun Milli Parkında böyük festivalın və ölkənin hər yerindən lisey şagirdləri üçün ayrıca idman yarışının keçiriləcəyini açıqlayıb.

Seçilən
8
19
vaxt.az

10Mənbələr