AZ

“Bizim ölkəyə ərəb, fars gələndə ağız büzürük ki, əcnəbinin burada nə işi var...”

“Rusiyaya çörəkpulu üçün gedənlər Azərbaycana qayıtmalıdırlar. Gəlsinlər, öz torpağımızda işləsinlər, çörəkpulu qazansınlar. İtin-qurdun dəyənəyinin altında qalmasınlar”, - deyən "Ayna" qəzetinin baş redaktoru Elçin Şıxlının fikrinin populist olması rəyini bölüşənlər var.

"Rusiya cəmiyyətinə inteqrasiya etmiş minlərlə soydaşımızın birdən-birə Azərbyacan iqtisadiyyatını çökdürə bilər" fikrində olanlardan biri də hüquqşünas Əkrəm Həsənovdur. O, "Yeni Sabah"a bildirib ki, qonşu ölkədə vətəndaşlıq əsasaında daimi və əmək miqrantı kimi müvəqqəti yaşayanların dəqiq sayı yoxdur:

"Təxmini deyirlər ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı var. Mənə elə gəlir ki, rəqəm daha böyükdür, çünki qarışıq ailələr də var. pizza sifarişi

Onların hamısına qayıdış çağırışı etmək düzgün deyil. Demirəm ki, Azərbaycanda yer yoxdur, yer var, amma siyasi-iqtisadi baxımdan Azərbaycan buna dözə bilməz!

Gələn adamlar da kifayət qədər aktiv insanlardır. Hamısı pul qazanan və qazanmağı öyrənmiş adamlardır.

Rusiyaya azərbaycanlılara yanaşma birmənalı olmaya bilər, amma orada qanunçuluq səviyyəsi bizdəkindən yüksəkdir, xüsusilə iqtisadi məsələlərdə.

Yekaterinburqda qanunsuz hadisə olub, bu hamıya aydındır. Amma gəlin bir az arxaya baxaq. Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların restoranları, biznesləri kifayət qədər çoxdur. Rusların isə Azərbaycanda biznes qurduğunu görmək çətin məsələdir. Bizim ölkəyə ərəb, fars gələndə belə ağız büzürük ki, əcnəbinin burada nə işi var, şəhərimizi zibilləyir. 

Rusiyada isə bizim insanlar işləyir, zəhmət çəkir, orada baş verən hadisə, əlbəttə, xoşagəlməzdir, amma olduqca geniş sayda həmyerlimiz uğurla fəaliyyət göstərir. Soydaşlarımız Azərbaycana gəlsə, burada inhisarlaşmış iqtisadiyyatda nə edəcək ki? Buna dözə bilməyəcəklər!"  

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
18
50
yenisabah.az

10Mənbələr