AZ

İsgəndəryan: “Azərbaycanın Rusiyanı zəiflətmək gücü var”

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Moskvaya kifayət qədər sərt cavab verir. Çünki Bakı Moskvanı, həm zəiflədə bilib, həm də zəiflətmək imkanı var”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgənddəryan deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycanın sərbəstli və azadlıq dərəcəsi artıb. “Rusiya üçün Azərbaycan və Ermənistan “siam əkizləri” idi. Azərbaycana təsir etmək üçün Ermənistan, Ermənistana təsir etmək üçün Azərbaycan lazım idi. Onun aləti bir subyekt kimi Qarabağ idi. Lakin bu alət artıq mövcud deyil”.

O qeyd edib ki, 2020-ci il müharibəsində Rusiyanın müttəfiqi uduzdu, Türkiyənin müttəfiqi isə qalib gəldi. “Bu, Türkiyənin bölgədəki mövcudluğuna necə təsir göstərə bilməz? Strateji baxımdan Türkiyə regionda getdikcə daha mühüm yer tutur. Azərbaycan buna birbaşa və birmənalı dəstək verir”.

İsgəndəryan hesab edir ki, Türkiyənin Ermənistanla bağlı siyasəti Ankarada deyil, Bakıda müəyyənləşir. “Bunu isə Paşinyanın Türkiyəyə son səfəri göstərdi. Türkiyənin qarşımıza qoyduğu tələblər Ankaranın deyil, Bakının tələbidir”.

Erməni politoloq Azərbaycan Ordusunun Zəngəzura hücum edəcəyi barədə də danışıb. O deyib ki, Azərbaycanın bu bölgəyə hücum riski o qədər də böyük deyil. “Mən demirəm ki, belə bir ehtimal yoxdur. Amma bu ehtimal artmayıb. Əksinə azalıb”.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
tribunainfo.az

10Mənbələr