AZ

RUSİYANIN SÜQUTU QAÇILMAZDIR Qəvami Sadıqbəyli yazır

ain.az bildirir, Hurriyyet portalına istinadən.

24 fevral 2022-ci il tarixində Ukraynaya hücum etməklə Rusiya Fedarasiyası tənəzzülə qədəm qoydu.

Kreml Ukraynaya qarşı çox bahalı müharibə aparır. Rusiya əslində "Kollektiv Qərblə" döyüşür. Bununla da Moskva müdafiə xərclərini hər gün artırmağa məcbur olur. Avropa Birliyinin sanksiyaları fonunda Rusiyanın iqtisadiyyatı da  günü-gündən çökür.

Diğər tərəfdən isə Ukraynada aparılan müharibə Qərb ölkələrini hərbi büdcələrini artırmağa məcbur edib. NATO-nun Haaqa sammitindən sonra Avropa  ölkələri  2035-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 5%-nə çatdırmaq  barədə razılığa gəliblər. 

Rusiya Fedarasiyası dünyanın ən zəngin təbii resurslarına malikdir. Lakin bu resurslardan düzgün istifadə edib iqtisadiyyatını inkişaf etdirmək əvəzinə, imperialist təfəkkürlü rusiyalı siyasətçilər hərbi potensialını qonşu post-sovet ölkələrininin hesabına artırmaq istəyirlər.

Post-sovet ölkələri isə artıq Rusiyanın "arxa baxçası" olmaq istəmir və  özlərinin milli maraqlarına uyğun müstəqil siyasət yürüdürlər.

Qeyri-bərabər silahlanma yarışına girməyə və Ukraynanın təmsilçiliyində Kollektiv Qərblə vuruşmağa məcbur olan Rusiya dövlət adamlarının əsəbləri pozulub. Məhz bu səbəblərə görə Yekaterinburqda, Vorenejdə və Risiya Fedarasiyasının ayrı-ayrı bölgələrində qeyri-ruslara, o cümlədən  Azərbaycanlılara qarşı şovinist hərəkətlər edirlər, onlara qarşı soyqrım törədirlər. Hadisələrin gedişi göstərir ki, Ukrayna müharibəsinin uzanması və eyni zamanda silahlanma yarışı Sovet İttifaqının dağılmasına səbəb olduğu kimi, Putin rejiminin də iflasına səbəb olacaq.

Doğər tərəfdən, uzun illər başqa xalqların hesabına yaxşı yaşamağa öyrəşmiş Rusiya əhalisinin başı  "vodka" içməyə qarışıb. Bu cür ağır vəziyyətdə belə, dünənki müttəfiqlərinə, vaxtilə İkinci Dünya müaharibəsində ümümü düşmənə qarşı çiyin-çiyinə vuruşduqları xalqların nümayəndələrinə təcavüz edirlər. Araq içməkdən başları ayılmayan rus məmurları SSRİ dövründə formalaşmış bütün sənaye müəssisələrini dağıdıblar.

1990-cu ildə dünya aviasiya parkının 40 faizini Sovet İttifaqı istehsal edirdi. İndi isə Rusiya onun heç bir faizini də istehsal edə bilmir. Rusiyanın yaxşı alimləri,texnoloqları xarici  ölkələrə köçdü. Bütün bunlar indiki Rusiya hakimiyyətinin mahiyyətidir.  Rusiya addım-addım uçuruma yuvarlanır.

Azərbaycan Rusiya qoşunlarını Qarabağdan çıxardı. Rus hərbiçiləri Gürcüstanı tərk etdi, indi yavaş-yavaş Ermənistandan da gedirlər.

Lakin biz yenə ehtiyatlı olmalıyıq. Çünki, batan " BÖYÜK GƏMİNİN" fəsadları da ağır olur. Biz davranışlarımızda, xüsusiylə diplomatik gedişlərimizdə diqqətli və təmkinli  olmalıyıq.

Onsuz da bu gedişlə Rusiyanın süqutu qaçılmazdır.

Qəvami SADIQBƏYLİ

3 İyul 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
30
hurriyyet.az

10Mənbələr