AZ

YAXIN ŞƏRQ DÜNYANIN ƏN HƏSSAS REGİONUDUR Qəvami Sadıqbəyli yazır

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Məlum oldiğu kimi, 24 fevral 2025-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi  davam edir. Üç il dörd ay davam edən bu müharibədə milyondan çox insan həyatını itirib. Ukrayna müharibəsi bitməmiş, Hindistanla Pakistan arasında da silahlı qarşıdurma yarandı. Bu bölgədə də yüzlərlə  günahsız insanlar həlak oldu.

13 iyun 2025-ci il tarixinə  gecə saatlarlnda İsrail qırıcı təyyarələrlə  İrana hücum etdi. İsrail-İran müharibəsinin 10-cu günündə daha qorxulu anlar başladı: ABŞ müharibəyə qoşularaq, İranda yerləşən üç nüvə obyektinə hücum etdi. Fordo, Natanz və İsfahan şəhərləridəki nüvə obyektlərini 30 "Tomahawk" raketi ilə vurdu.

Əslində isə İsraili  İranın qisas xarakterli hücumlarından qorumaq üçün müharibəyə qoşuldu. Belə məlum oldu ki, ABŞ  İsrail ilə İran arasındakı müharibəyə son qoymaq üçün birbaşa hərbi müdaxiləyə əl atıb.

Halbuki, bu, onsuz da gərgin vəziyyətdə olan Yaxın Şərqdə yeni təhlükəli mərhələnin başlamasına səbəb ola bilər. Çünki Yaxın Şərq REGİONU yeni müharibələrə  sürüklənə bilər.

Yaxın Şərq geosiyasi baxımdan çox  mürəkkəb və həssas coğrafiyada yerləşir. Bu bölgə  münaqişələr, düşmənçiliklər və çoxsaylı vasitəçilərlə doludur. ABŞ-ın İrana, onun nüvə infrastrukturu və hərbi obyektlərinə hücumu təkcə İrandan başqa  həm də onun regional müttəfiqləri və vasitəçi qüvvələrindən ciddi cavab reaksiyaları doğura bilər. Bütün bunlar isə   Yaxın Şərqdə  böyükmiqyaslı  müharibə riskini artırır.

İran, Rusiya və Türkiyə kimi bölgədə təsir gücünə malik ölkələrin bu hücumlara necə cavab verəcəyi  hələ məlum deyil. Misir Prezidenti Əbdülfəttah Sisi iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında bildirib ki: "Misir dərhal atəşi dayandırmağı və bu böhranı sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyi son dərəcə vacib hesab edir, çünki onun hərbi həlli yoxdur".

Azərbaycan Prezidenti İlham Əliyev də İsrail və İran tərəfini münaqişəni sülh və dialoq yolu ilə həll etməyə çağırıb. 

Tarix dəfələrlə sübut edib ki, Yaxın Şərq REGİONUNDA başlayan hərbi müdaxilələrin qarşısı vaxtında alınmasa, bu gözlənilməz nəticələrə – uzanan müharibələrə və bölgənin hətda bütün dünyanın  qeyri-sabitliyinə səbəb olur.

Hazırda hadisələr sürətlə inkişaf edir. Geosiyasi küləklərin hansı tərəfə əsdiyini anlamaq üçün ; hadisələrin dərin təhlilinə ehtiyac var. Düşünürəm ki, indi ölkə rəhbərləri son dərəcə ehtiyatlı davranmalı və  BMT-nın  Baş katibi Antonio Quterreşin sülh çağrışlarına dəstək olmalıdlrlar.

Qəvami SADIQBƏYLİ

27 İyun 2025-ci il

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
30
hurriyyet.az

10Mənbələr