Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fələstinin HƏMAS təşkilatı vasitəçilərə İsraillə atəşkəs təklifinə müsbət cavab verib.
Redaktor.az-a mövzu ilə bağlı açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, İsrail və HƏMAS arasında atəşkəs əldə edilməsi əslində hər iki tərəfə sərf edən amildir:
"Çünki son bir ildə İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində HƏMAS ciddi şəkildə zəifləmiş, liderləri öldürülmüşdü. Amerikanın yeni təklif etdiyi Qəzzanın idarə edilməsi modelinə əsasən, HƏMAS vilayəti tamamilə tərk etməli və hakimiyyəti təhvil verməlidir. HƏMAS-ın çox ciddi problemləri var. İsrailin də eyni şəkildə problemləri var. İsrail 12 günlük müharibəsində ciddi zərər görüb. Demək olar ki, əsas şəhərləri dağıntılara məruz qalıb. Bütün bunların fonunda belə atəşkəs sərfəlidir. Bir müddət atəşkəsə hər iki tərəf əməl edəcək".
Politoloqun sözlərinə görə, atəşkəsin davamlı olacağını gözləmək sadəlövlük olar.
"Çünki İsrail Qəzza bölgəsində öz fəaliyyətini həyata keçirməyə və insanları didərgin salmağa çalışır. Buna görə də bir müddət sonra İsrail tərəfi atəşkəsi yenidən pozacaq və Qəzzada əməliyyat rejimini bərpa edəcək. Müvəqqəti atəşkəsdir və daimi sülhə malik olmaq mümkün deyil. Daimi sülhə nail olmaq üçün ABŞ və İsrailin istəyi olmalıdır, istək isə yoxdur. Faktiki olaraq, hazırkı Netanyahu hökuməti Fələstinin bütün ərazilərini işğal etmək və Fələstin dövlətçiliyini məhv etmək niyyətindədir. İsrailin niyyəti İordan çayının sahillərini və Qəzza bölgəsini tamamilə işğal edərək yəhudi yaşayış məskənləri salmaqdır. Əsas məqsəd doğulmamış Fələstin dövlətini beşikdə boğmaqdır", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.