İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada 60 günlük atəşkəsin əsas müzakirə olunduu bir ərəfədə dünyanın diqqətini özünə çəkən bəyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, atəşkəsə ehtiyac olmadığını deyərək, əksinə, bölgəyə humanitar yardımın dayandırılmasınə və bütövlükdə Qəzzanın tam ələ keçirilməsini vacib sayıb.
Ben-Qvir İsrail Ordusu Radiosuna daha sonra deyib: "Razılaşma əldə etmək istəyi var, məncə, bu, dəhşətli səhvdir. Biz bir an belə dayanmamalıyıq. Mütləq qələbə qazanmalı, bütün Qəzzanı işğal etməli, humanitar yardıma son qoymalı və miqrasiyanı təşviq etməliyik. Bizim qismən nəticə verən razılaşmalara ehtiyacımız yoxdur".
Zülfiyyə
MİA.AZ