"Arsenal" yaponiyalı futbolçusu Takehiro Tomiyasu barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin müqaviləsi ləğv edilib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Diz zədəsi davam edən Tomiyasu yalnız bu ilin sonunda meydanlara qayıda biləcək.
Yaponiyalı 2021-ci ilin yayından "Arsenal"da çıxış edirdi. O, ötən mövsüm zədəsinə görə cəmi 1 oyunda meydanda ola bilib.