AZ

İyul sürprizi: Bayburta lopa-lopa QAR YAĞDI

Türkiyənin Bayburt əyalətindək 3000 metr hündürlüyündəki Soğanlı dağlarının zirvələrinə qar yağıb.

Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, hündürlükdəki təpələr və dağlar ağ rəngə bürünsə də, şəhərin mərkəzində fasilələrlə leysan yağışları yağıb.

Qeyd edək ki, yayın yaşanmadığı Bayburtda havanın temperaturu çox aşağıdır. Xüsusilə Soğanlı dağının zirvələri qar və qalın dumanla örtülü olur. Rayonda yaşayan vətəndaşlar yayın ortasında gördükləri qardan təəccüblərini gizlədə bilməyiblər.

Yıldıray Ata adlı vətəndaş "4 iyul cümə günü Bayburt Soğanlı dağları. Bura Bayburtdur, qar yağır. Biz yayı görmədən qış qayıtdı", - deyərək qarlı dağları təsvir edib.

Meteorologiya şöbəsinin region üzrə ofisinin məlumatına görə, gün ərzində şəhər mərkəzində göy guruldaycaq, leysan yağışlar yağacaq.

Seçilən
6
6
publika.az

10Mənbələr