Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Avtomobil sənayesində innovativ texnologiyaları ilə tanınan “Mazda” növbəti inqilabi yeniliyini ictimaiyyətə təqdim edib.
Avtosfer.az xəbər verir ki, şirkət yanacaq və ya elektrik enerjisi ilə şarj tələb etməyən, tamamilə öz enerjisini istehsal edən yeni nəsil mühərrik texnologiyasını təqdim edərək avtomobil dünyasında əhəmiyyətli bir yeniliyə imza atıb.
“Mazda”nın yeni mühərriki nə klassik daxili yanma sisteminə, nə də elektrik enerjisinə ehtiyac duyur. Şirkətin verdiyi məlumata görə, bu texnologiya avtomobilin akkumulyatorunu öz enerjisi ilə işlədərək xarici enerji mənbələrinə olan ehtiyacı aradan qaldırır. Beləliklə, avtomobil istifadəçisi nə yanacaqdoldurma məntəqəsində növbə gözləməli olur, nə də şarj stansiyası axtarmağa məcbur qalır.
Yeni texnologiyanın əsası “Mazda”nın keçmişdə RX-7 və RX-8 modellərində istifadə etdiyi fırlanan (rotorlu) mühərrik sisteminə əsaslanır. Şirkət bu texnologiyanı müasir tələblərə uyğun şəkildə təkmilləşdirərək həm ekoloji, həm də iqtisadi baxımdan daha əlverişli hala gətirib.
Qeyd olunur ki, bu mühərrik həm daha az texniki qulluq tələb edir, həm də daha uzun ömürlüdür. Avropa İttifaqının 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq planları fonunda “Mazda”nın bu yeniliyi ətraf mühitin qorunmasına töhfə verə biləcək əhəmiyyətli addım kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, “Mazda”nın təqdim etdiyi bu texnologiya tam elektrikli avtomobillərə keçidə hazır olmayan istifadəçilər üçün ideal alternativ ola bilər. Şirkət bununla həm təbiəti qorumağa, həm də istifadəçiləri əlavə xərclərdən azad etməyə nail olmağı hədəfləyir.
Yeni nəsil fırlanan mühərrik avtomobil sənayesində ekoloji və texnoloji tarazlıqları dəyişdirməyə namizəd texnologiya kimi dəyərləndirilir.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.