AZ

Şahbaz Şərif: İlham Əliyevi yaxın zamanda İslamabadda qarşılamağı səbirsizliklə gözləyirik

"Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı çərçivəsində əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşməkdən məmnun oldum".

Operativ Media xəbər verir ki, bunu Pakistanın Baş naziri öz sosial şəbəkə hesabında bildirib.

"Zirvə görüşünün uğurla təşkil olunması münasibətilə onu təbrik etdim və Azərbaycanın İƏT-də fəal rolunu yüksək qiymətləndirdim.

Pakistan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətlərin inkişaf dinamikasını nəzərdən keçirdik. Yüksək səviyyəli intensiv və səmərəli təmaslarımız bu əlaqələri daha da möhkəmləndirir. Xüsusilə ticarət və investisiya sahələrində əməkdaşlığımızı dərinləşdirmək əzmimizi bir daha təsdiqlədik. Prezident Əliyevi yaxın zamanda İslamabadda qarşılamağı səbirsizliklə gözləyirik", - Baş nazir qeyd edib.

Seçilən
9
50
operativmedia.az

10Mənbələr