AZ

Pezeşkian Xankəndidə keçiriləcək Zirvə görüşünün önəmindən danışıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərindən öncə jurnalistlərə müsahibə verib.

Operativ Media xəbər verir ki, Pezeşkian səfərin önəmindən bəhs edib.

O, bildirib ki, səfərin əsas məqsədi İƏT ölkələri ilə əməkdaşlığın inkişafını gücləndirmək və regional sabitliyin təmini üçün sıx əlaqələr qurmaqdır.

Prezidentin sözlərinə görə, bu zirvə görüşü iqtisadi, sosial və siyasi sahələrdə dialoq və əməkdaşlığın artırılması üçün tarixi bir fürsət yaradacaq.

Eyni zamanda, regional maraqların birləşdirilməsi və ümumi hədəflərin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.

Pezeşkian bildirib ki, İƏT zirvəsi regionda daha sıx əməkdaşlıq şəbəkəsi qurulmasına, qarşılıqlı iqtisadi faydaların artırılmasına və ən önəmlisi, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcəkdir. 

Seçilən
9
34
operativmedia.az

10Mənbələr