“Təhlükəsizlik qüvvələrinin işi Rusiya vətəndaşları ilə bağlıdır. Elə bir vəziyyəti təsəvvür edin ki, ağır cinayətlər törətmiş rus millətindən olan Azərbaycan vətəndaşları Bakıda tutulub. Bunun fonunda Moskva dövlət səviyyəsində qalmaqal yaratmağa başlayacaq? Xeyr. Bu, Azərbaycanın daxili işi olduğu üçün belə olmayacaq. Məhz buna görə də hesab edirəm ki, vəziyyət qəsdən şişirdilmişdir və onu yumşaltmaq lazımdır. Ölkələrimiz arasındakı əlaqələr çoxəsrlikdir və hazırda efirləri dolduran ittihamlar inandırıcı deyil. Sadəcə, sakitləşmək, bir-birimizə arqumentlər təqdim etmək və məsələni bağlamaq lazımdır, əks halda düşmənçiliyi qızışdırmaq ölkələrimiz üçün yaxşı heç nəyə gətirib çıxarmayacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta