AZ

Rusiya Ukraynada kimyəvi silahdan istifadəni genişləndirir

"Rusiya qoşunlarının gözyaşardıcı qaz və xloropikrindən istifadə etməsi standart təcrübəyə çevrilib və geniş yayılıb".

Herbiand.az xəbər verir ki, bu barədə  Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) və iki Hollandiya kəşfiyyat orqanının - MIVD hərbi kəşfiyyat xidməti və AIVD kəşfiyyat və təhlükəsizlik xidməti tərəfindən iyulun 4-də yayımlanan birgə bəyanatda deyilir.

Hesabatda qeyd olunur ki, istifadə olunan xloropikrin ağciyəri zəhərləyən maddələr qrupundan olan kimyəvi döyüş vasitəsidir. Bu maddə Birinci Dünya Müharibəsində o, "Grünkreuz-1" ("Yaşıl Xaç-1") adı altında istifadə edilmişdir.

Üç kəşfiyyat orqanının hesabatında yüksək konsentrasiyalı xloropikrin qapalı məkanlarda ölümcül ola biləcəyi və onun istifadəsinin ağciyər zəhərinin istifadəsini qeyd-şərtsiz qadağan edən Kimyəvi Silahlar Konvensiyasının ciddi şəkildə pozulması olduğu qeyd edilib.

Seçilən
3
37
herbiand.az

10Mənbələr