Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müvəqqəti işğal altında olan Luqanskda 2014-2023-cü illərdə şəhərin rəhbəri vəzifəsində çalışmış Manolis Pilavovu öldürüb.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” UTX-dəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, o, partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını dəyişib.
Pilavov qondarma Luqansk Xalq Respublikasının ideoloqlarından biri, İqor Plotnitskinin tərəfdaşı olub.
Qeyd olunub ki, 2015-ci ildən qondarma Luqansk administrasiyasının rəhbəri Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsi (konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər) ilə axtarışda olub.
O, 2022-ci ildən Ukraynanın sanksiyalarına məruz qalırdı.