AZ

1 statusla ifşa olan “sədr”…

Etiraf etmək lazımdır ki, 34 illik müstəqillik tariximizin xüsusilə son 5 ilinin hər günü, hər ayı ən vacib mübarizələrlə, Azərbaycanın yeni gələcəyinin qurulması üçün ortaya qoyulan səylərlə müşayət olunub. Bu müddətdə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edilib, Azərbaycan dünyanın ən yüksək beynəlxalq tribunalarında özünün hüquqlarını qoruyub, qlobal güclərin təzyiqlərinə sinə gərib, qorxmadan, çəkinmədən yerləşdiyi geocoğrafiyaya yeni reallıqlar bəxş edib, öz sözünü və imzasını bütün dünyaya nümayiş etdirib. Bu addımları atan zaman isə dövlətimiz böyük çətinliklərdən keçib, mühüm səddlər adlayıb. Artıq elə bir dövrə yetişmişik ki, Avropanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır, yaxın regionda sözümüzün, addımımızın səsi gur eşidilir. Azərbaycan öz gücünü, qüdrətini və qətiyyətini hər kəsə nümayiş etdirir. Kimsə bizimlə diqtə dilində danışa bilmir. 

Suverenliyimizin bərpası isə bizim şərəf tariximizdir – bu gün hər bir azərbaycanlı özünü qalib dövlətin qalib vətəndaşı sayır. Azərbaycan müstəqil siyasət yürüdür, öz maraqlarının təmin olunmasını həyata keçirir, vətəndaşlarının hüquqlarını dünyanın bütün nöqtələrində yüksək səviyyədə qoruyur. Amma təəssüf ki, bəzi özünü "siyasət adımı" sanan köhnə naşılar hələ də yaşadıqları yarımçıqlıq sindromundan xilas ola bilmirlər. Məsələn, özünü "partiya sədri" adlandıran Əli Kərimli sosial şəbəkələrdə xarici KİV-lərdən birinə "müsahibəsi"ndən bir parça yayımlayıb. Yayılan bu "parça"da yer alan bir hissə isə sonradan Kərimli tərəfindən sosial şəbəkə statusundan çıxarılıb – o, Azərbaycan liderinin hakimiyyətini hətta Putinlə bölüşmək niyyətində olmadığı fikrini silib.  

Birincisi, bu qədər dayaz təfəkkürə malik birisinin özünü "siyasəçti" adlandırması böyük təəccüb doğurur – Əli Kərimlinin düşüncəsinə görə, hakimiyyətdə olan şəxs mütləq hakimiyyətini hansısa bir xarici dövlətlə bölüşməlidir. Bu nə məntiqdir? Adını "hüquqşünas" qoymuş Kərimli anlamırmı ki, Konstitusiyamızda da göstərildyi kimi, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və prezident də xalqın seçdiyi lider olaraq xalqın maraqlarını təmsil edir. Əli Kərimlinin fikirləri isə Azərbaycan dövlət müstəqilliyinin başqa ölkələrlə bölüşülməsi ssenarisini legitimləşdirməkdir - bu ağır məşəqqətlər və qurbanlar hesabına bərpa edilən suverenliyimizə zərbədir. Kərimli bu "fikri" ilə Azərbaycanın suverenliyinə qarşı olduğunu bildirir. 

Demək ki, Əli Kərimli etiraf edir ki, onlar hakimiyyətdə olan zaman xalqın maraqlarını təmsil etməyiblərmiş, hakimiyyəti xarici dövlətlərlə bölüşürlərmiş. Əslində bu etiraf bir faktla üst-üstə düşür - təsadüfi deyildi ki, vaxtilə "AXC-Müsavat" qruplaşmasının öndə gedənləri "hakimiyyətə gəlmək üçün 9 dövlətlə danışıb anlaşdıqlarını" bildirirdilər. Demək ki, onların məntiqincə hakimiyyətdə olan zaman bu hakimiyyəti kimlərləsə bölüşmək lazımdır. Əslində onların real məqsədi bu imiş…

"According to Ali Karimli, Azerbaijan’s former secretary of state and now an opposition politician, President Ilham Aliyev of Azerbaijan “has built a classic authoritarian regime and maintains a monopoly over both political and economic life.”
“He has no intention of sharing this absolute power — not even with Putin,” Mr. Karimli said in an interview, referring to President Vladimir V. Putin of Russia.

Kərimli yazdıqlarının məsuliyyət(sizliyi)in anlayıb və ya buna ona kimsə anladıb deyə, həmin hissəni statusdan çıxarıb. Amma düşünmür ki, orjinalda bu fikir hələ də qalır. Kərimli növbəti dəfə bir statusla özünü ifşa etdi – məqsədinin, məramının əlinə fürsət düşsəydi xalqın iradəsini xarici dairələrə, qulluq göstərdiyi mərkəzlərə satmaq olduğunu növbəti dəfə etiraf etdi. Bu da regidkül müxalifətin "demokratiya" anlayışı – köləliyə və təbeçiliyə söykənən "siyasi məntiqi"…


MƏNSUR

Seçilən
6
50
yeniazerbaycan.com

10Mənbələr