AZ

Yol vermək üstündə dava düşdü: Sürücünü kabellə döydü ANBAAN VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə yol vermə üstündə taksi sürücüsü ilə digər avtomobil sürücüsü arasında baş verən insident təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə Ankara şəhərində baş verib. Yolayrıcında hərəkət istiqaməti ilə bağlı anlaşılmazlıq iki sürücü arasında mübahisəyə səbəb olub. Mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Hadisə zamanı sürücülərdən biri avtomobilindəki akkumulyator kabelini çıxararaq qarşı tərəfə zərbə endirib.

Yaxınlıqda olan vətəndaşların müdaxiləsi ilə şəxslər arasındakı münaqişə bitib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
45
avtosfer.az

10Mənbələr