AZ

Nişanı heçə sayıb yolayırıcına girdi; sürücü qəzanın bir addımlığından görün necə döndü VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Xətai rayonu, Sabit Orucovla Fəzail Bayramov küçələrinin kəsişməsində qayda pozan sürücü anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 19-da axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota” markalı maşın yol nişana əhəmiyyət vermədən yolayırıcına daxil olub. Nəticədə o, baş yoldan gələn “Hyundai” markalı avtomobilə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən “Hyundai”ın sürücüsü sola dönərək baş verəcək təhlükənin qarşısını alıb. 

Təəssüf ki, bəzi sürücülər nizamlanan yolayırıcılarında növbəsini gözləmədən hərəkət edirlər və videodakı sürücü kimi qəza riskinə səbəb olurlar. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
29
avtosfer.az

10Mənbələr