Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Münhenqladbax "Borussiya"sı yarımmüdafiəçisi Florian Noyhausu cəzalandırıb.
QOL.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
Florian klubun idman direktoru Roland Wirkusu “dünyanın ən pis meneceri” adlandırıb. 28 yaşlı futbolçunun Mayorkada tətil zamanı sərxoş halda “Borussiya” azarkeşləri ilə söhbət edərkən bu sözləri dediyi video sosial şəbəkələrdə yayılıb.
Klub rəhbərliyi hadisəyə sərt reaksiya verib. Rəsmi açıqlamada bildirilib ki, Noyhausun davranışı qəbuledilməzdir və klubun dəyərlərinə ziddir. Futbolçu 100 min avro məbləğində cərimələnib və əsas komandadan kənarlaşdırılıb. O, növbəti 4 həftə ərzində U-23 komandası ilə məşq edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.