AZ

Müharibənin dayandırılması üçün Putinin tələbləri açıqlandı

BAKI, 4 iyul. TELEQRAF

“Hazırda bütün məqsədlərinə siyasi və diplomatik yollarla nail olmaq mümkün olmadığından Rusiya Ukraynada xüsusi əməliyyatını (müharibə) davam etdirir”.

Teleqraf xəbər verir ki, bunu brifinqdə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın dünənki telefon danışığını Kremlin sözçüsü Dmitri Peskov şərh edərkən deyib.

“Söhbət zamanı Prezident Putin bir daha təkrarladı ki, biz xüsusi hərbi əməliyyat zamanı məqsədlərimizə nail olmaqda maraqlıyıq və bunu siyasi və diplomatik vasitələrlə etmək daha məqsədəuyğundur. Amma bu, mümkün olmasa, xüsusi hərbi əməliyyatı davam etdirəcəyik”, - Kremlin nümayəndəsi bildirib.

Müharibənin dayandırılması üçün Rusiyanın tələblərinə Ukraynanın denazifikasiya və demilitarizasiyası, bu ölkədə “rusdilli əhaliyə təzyiqlər”ə son qoyulması daxildir. Bundan əlavə, Moskva Kiyevin “qeyri-nüvə və bloklara qoşulmama statusu”nda israr edir.

Digər məsələlərlə yanaşı, Rusiya Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin işğalının Ukrayna tərəfindən tanınmasını tələb edir.

Seçilən
4
6
teleqraf.com

4Mənbələr