BAKI, 3 iyul. TELEQRAF
“Kiyev Qərbdən nə qədər az silah alsa, Ukraynadakı xüsusi əməliyyat (müharibə - red.) o qədər tez başa çatacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib.
“Ukraynaya xaricdən nə qədər az raket göndərilsə, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxın olar”, - Kremlin nümayəndəsi bildirib.
Xatırladaq ki, bundan əvvəl “Nyu-York Tayms” qəzeti ABŞ hökumətinin Ukraynaya hərbi yardımı dayandırdığı barədə məlumat yaymışdı.