AZ

Qalatasaray Hakan üçün təklif hazırlayır

Ajans.az haberglobal-a istinadən xəbər verir ki, Qalatasaray azarkeşləri bir tərəfdən Osimhen transferi ilə bağlı yenilikləri gözləyərkən, digər tərəfdən sürpriz bir ad – Hakan Çalhanoğlu ilə bağlı ümidləniblər. , İnterin milli futbolçu üçün tələb etdiyi bonservis məbləğini 30 milyon avroya endirdiyini yazıb. Xəbərə görə, Qalatasaray bu endirimi fürsət bilərək təklif hazırlığına başlayıb.FIFA Klublararası Dünya Çempionatında İnterin turnirdən kənar qalmasından sonra, komandanın kapitanı Lautaro Martinez komanda yoldaşı Hakan Çalhanoğlunu hədəf alıb. Bu hadisədən sonra Hakanın həyat yoldaşının sosial mediada paylaşdığı bir postu sitat gətirən milli futbolçu, paylaşımına “Yolcu” mahnısını əlavə edib. Bu jest Qalatasaray ictimaiyyətində "vida siqnalı" kimi dəyərləndirilib. QALATASARAY TƏKLİF ÜÇÜN HAZIRDIR

Sarı-qırmızılı rəhbərliyin İnterin endirdiyi bonservis məbləğindən sonra rəsmi təklif verməyə hazırlaşdığı bildirilib. Transferin qarşısındakı ən böyük maneə hələ də yüksək bonservis dəyəri və İnterin hələlik qəti qərar verməməsidir. Buna baxmayaraq, Hakan Çalhanoğlunun Qalatasaraya olan simpatiyası bu keçidin reallaşma ehtimalını artırır.

Seçilən
1
8
Ajans.az

10Mənbələr