Finss.az - ABŞ-də davam edən FİFA Klublararası Dünya Çempionatında 1/8 final mərhələsinin növbəti oyununda İtaliya təmsilçisi “İnter” Braziliya klubu “Fluminense” ilə qarşılaşıb.
Matç “Fluminense”nin 2:0 qələbəsi ilə başa çatıb. Oyunçular G.Cano (3-cü dəqiqə) və Herkulesin (90+4-cü dəqiqə) qolları Milan təmsilçisinin mundialla erkən vidalaşmasına səbəb olub.
“Fluminense” növbəti mərhələdə İngiltərə “Mançester Siti” və Səudiyyə Ərəbistanı “Əl-Hilal” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq “Palmeyras”, “Çelsi”, PSJ və “Bavariya” 1/4 finala vəsiqə qazanıblar.