“Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2024-cü ili 4,196 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81 % çoxdur.
Ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 214,601 milyon manat (əvvəlki ilə nisbətən 10,5 % az), yanacaq xərcləri 148,536 milyon manat (15,3 % az), köhnəlmə xərcləri 47,241 milyon manat (1 % çox), təmir və texniki xidmət xərcləri 4,629 milyon manat (28,7 % çox), işçi heyətinin saxlanılması xərcləri 8,621 milyon manat (12,7 % çox), xammal və material xərcləri 816 min manat (44,8 % az), digər xərcləri 4,36 milyon manat (65,5 % çox), mənfəət vergisi ödəmələri 1,002 milyon manat (35,6 % az), digər vergi ödəmələri 3,592 milyon manat (11,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 779,003 milyon manat olub ki, bu da illik müqayisədə 10,5 % çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 34,2 % artaraq 307,692 milyon manata çatıb, balans kapitalı isə 0,9 % azalaraqq 477,609 milyon manata düşüb.
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,108 milyon manatdır.