AZ

“Liverpul” “qırmızılar”ın “20” nömrəsini dövriyyədən çıxardı

“Lvierpul” rəhərliyi “qırmızılar”ın “20” nömrəsini istifadədən çıxararaq, mərhum futbolçusu Dioqo Jotanın xatirəsini əbədiləşdirib.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“20” nömrəsi “Liverpul”un 2024/2025-ci illər mövsümündə 20-ci qənimətini qazanmasında Jotanın xidmətinə görə haqlı olaraq əbədiləşdiriləcək – onun “Kop” tribunaları qarşısında özünəməxsis finti və zərbəsi aprel ayında keçirilmiş Mersisayd derbisində qələbəni təmin etmişdi. Bu qol onun həyatında sonuncu qol oldu”, – “qırmızılar”ın rəsmi bəyanatında deyilir.

Jota sonuncu qolunu İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Enfild”də, Liverpul”un əzəli rəqibi “Everton”la oyunun 57-ci dəqiqəsində vurub. Jotanın qolu “qırmızılar”ın 1:0 hesablı qələbəsinə təmin etmişdi.

Xatırladaq ki, dünən, iyulun 3-də Dioqu qardaşı Andre ilə birlikdə İspaniyada yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Dioqo Jota futbola 2005-ci ildə “Qondomar” klubunda qədəm qoyub, ardınca “Pasuş de Ferreyra”ya keçərək, böyük futbolda debüt edib. Hücumçu, karyerası ərzində “Atletiko” (Madrid), “Portu”, “Vulverhempton” və “Liverpul”da çıxış edib.

2024/2025-ci illər mövsümündə Jota “Liverpul” üçün 37 oyuna 9 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Jotanın klub karyerası ümumilikdə 182 oyun, 65 qol və 26 məhsuldar ötürmədən ibarətdir.

Dioqo Jota 2009-cu ilin noyabr ayında debüt etdiyi Portuqalya yığmasının heyətində 49 oyuna 14 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Jotanın qənimətlər muzeyində “Liverpul”la qazandığı İngiltərə Premyer Liqası (2024/2025), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), həmçinin “Vulverhempton” İngiltərə Çempionşipi (2017/2018) var.

Jota Portuqaliya yığması ilə UEFA Millətlər Liqasının qalibi olub (2019, 2025).

Seçilən
8
32
arena.az

10Mənbələr