Pakistanın Karaçi şəhərində beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər həyatını itirib və 6 nəfər yaralanıb.
APA Pakistan mediasına istinadən xəbər verir ki, bununla bağlı şəhərin polis bölməsindən məlumat verilib.
Əlavə edilib ki, hazırda dağıntılar arasında qalanların xilasedilməsi prosesi davam etdirilir
Binada təxminən 100 sakinin yaşadığı güman edilir