AZ

"Qarabağ”da dörd gözəl il keçirdim - Çətin idi, çünki...”

“Qarabağ”ın sabiq legioneri Marko Veşoviç Monteneqroda “Vijesti” nəşrinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Ağdam klubundakı karyerasına və gələcək planlarına toxunub.

Bu yay müqaviləsi bitdikdən sonra "Qarabağ"la yolları ayıran Monteneqro yığmasının üzvü deyib:

"Qarabağ”da dörd uğurlu və gözəl il keçirdim. Çətin idi.

Çünki klubun ambisiyaları hər mövsüm artırd ı, lakin həm yerli çempionatda, həm də Avropa arenasında keyfiyyət və nəticələr göz önündə idi.

Dörd dəfə çempion olduq, demək olar ki, eyni sayda “qızıl dubl” etdik, Avropa Liqasının 1/8 finalında “Bayer”lə qarşılaşdıq".

Seçilən
8
50
sportinfo.az

10Mənbələr