Rusiya 15 avqust 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gələn “Taliban”ı rəsmən tanıyıb.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstanla bağlı fikirlərini bölüşüb. Rusiya hökumətinin Əfqanıstandakı “Taliban” rejimini tanıyıb-tanımadığı sualına Kabulov "Bəli, tanıyıb" cavabını verib.
Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında isə xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Əfqanıstanın Moskvadakı yeni təyin olunmuş səfiri Qul Həsən arasında görüş keçirildiyi bildirilib. Q.Həsənin Rudenkoya etimadnaməsinin surətlərini təqdim edib.
Həmçinin Rusiya mediasında yayımlanan görüntülərdə Əfqanıstanın Moskvadakı səfirliyinin binasında “Taliban”ın bayrağının dalğalandığı görünür. Beləliklə, Rusiya bu qərarı açıqlayan ilk ölkə olub.