AZ

Rusiya Əfqanıstan İslam Əmirliyini dünyada ilk ölkə olaraq rəsmən tanıdı

Prezident Vladimir Putin Əfqanıstan İslam Əmirliyini Rusiya tərəfindən rəsmən tanımaq qərarına gəlib. Bu, Taliban hərəkatının 2021-ci ildə hakimiyyətə gəldikdən sonra ölkəyə verdiyi addır. Hələ dünyanın heç bir ölkəsi Talibanın Əfqanıstandakı hakimiyyətini rəsmən tanımayıb.

Rusiya Xarici İşlər Nazirliyindən “TASS”-a verilən məlumata görə, Rusiya hakimiyyəti Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb. Agentliyin məlumatına görə, Taliban tərəfindən təqdim edilən Əfqanıstan bayrağı Moskvadakı səfirliyin üzərindən asılıb. Bu, hərəkatın 2021-ci ildə hakimiyyətə gəlişindən sonra ilk dəfə baş verib.

“Kommersant” qəzetinin qeyd etdiyi kimi, aprel ayında Taliban qadağan olunmuş təşkilatlar siyahısından çıxarıldıqdan az sonra ölkənin təmsilçiliyinin səviyyəsi səfirliyə qaldırılıb.

Bundan əvvəl Əfqanıstan Rusiyada müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunurdu.

Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov bildirib ki, Putin Rusiya xarici işlər naziri Sergey Lavrovun təklifi ilə Əfqanıstan İslam Əmirliyini tanımağa qərar verib. Diplomatın sözlərinə görə, bu qərar “Rusiyanın Əfqanıstanla tam hüquqlu tərəfdaşlıq qurmaq istəyini nümayiş etdirir”.

“ Reuters”-in qeyd etdiyi kimi, Rusiya 2021-ci ildə hərəkat ölkəni idarə etməyə başlayandan sonra Əfqanıstanda Talibanın hakimiyyətini rəsmən tanıyan dünyada ilk ölkə oldu.

Almaz Həsənli

Seçilən
2
27
oxumeni.az

10Mənbələr