Bakı. Trend:
Türkiyədə "Korrupsiya" istintaqı çərçivəsində həbs olunmuşİstanbul Böyükşəhər bələdiyyəsinin sədri (meri) Əkrəm İmamoğlunundiplomu ilə bağlı aparılan araşdırma başa çatıb.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul baş prokurorluğu İmamoğlunun balakvrdiplomunun saxta olduğunu müəyyənləşdirib və bunun üçün Ali TəhsilŞurasının (Türkiyənin) təqdim etdiyi məlumatlara əsaslanıb.
Baş prokurorluq “rəsmi sənəddə saxtakarlıq” maddəsi üzrə 2 il 6aydan 8 il 9 aya qədər həbs və “siyasi fəaliyyətə qadağa qoyulması”tələbi ilə ittiham aktı hazırlayıb.