AZ

Londonda baş verən güclü yanğın metroda hərəkəti iflic edib

London, 4 iyul, AZƏRTAC

Bu gün səhər saatlarında Böyük Britaniyanın London şəhərində metro istifadəçiləri ciddi çətinliklərlə üzləşiblər.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, buna səbəb gecə saatlarında Cənubi Harro bölgəsində baş verən böyük yanğın olub.

Yanğın gecə saat 1 radələrində “Rokset Qrin” prospektində, dəmir yolu tağlarının altında başlayıb. London Yanğın Xidməti hadisə yerinə 100-ə yaxın yanğınsöndürən və 15 yanğınsöndürmə maşını cəlb edib. Yanğın səhər saat 04:00-a yaxın nəzarət altına alınıb.

Hadisə nəticəsində London Metropoliteninin “Piccadilly” xəttində ciddi pozuntular yaranıb. Cənubi Harro ilə Aksbric arasındakı hissə hazırda bağlıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
1
5
azertag.az

10Mənbələr