İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs edilən sədri Əkrəm İmamoğlunın diplomunun saxta olması ilə bağlı aparılan istintaq başa çatıb.
Bu barədə "NTV" məlumat yayıb.
Məlumata görə, onun diplomu saxta hesab olunub və prokuror İmamoğlu üçün 8 il 9 aya qədər həbs cəzası istəyib.
Ona rəsmi sənəddə saxtakarlığa yol verməsi ittihamı irəli sürülüb.