AZ

“Unibank” növbəti dəfə Mərkəzi Bankın tələblərini pozdu

“Unibank” KB ASC növbəti dəfə Mərkəzi Bankın tələblərini pozub. 

Valyuta.az xəbər verir ki, bank tərəfindən inzibatçı vəzifəsinə dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim edilməyib. 

“Banklar haqqında” qanunun 15.2-ci maddəsinin tələbinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, AMB  tərəfindən “Unibank” KB ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib. 

Qeyd edək ki, bu Mərkəzi Bank tərəfindən “Unibank”a verilmiş üçüncü xəbərdarlıqdır. AMB yanvar ayında valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilmədiyinə, may ayında isə “Banklarda korporativ idarəetmə Standartları”nı pozduğuna görə banka məcburi göstəriş verib. 

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi- 94,08%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara aiddir.

NARA

Seçilən
0
19
valyuta.az

10Mənbələr