“Yelo Bank” ASC tərəfindən inzibatçı vəzifəsinə edilən dəyişiklik barədə qanunla müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim olunmayıb.
Tribunainfo.az xəbər verir ki, bu hal “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.6-cı maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Nəticə olaraq, Mərkəzi Bank tərəfindən həmin qanunun 47-ci maddəsinə əsasən “Yelo Bank” ASC-yə icrası məcburi sərəncam verilib.
Sərəncamda bu cür hallarının gələcəkdə təkrarlanmaması məqsədilə bankda daxili prosedurların təkmilləşdirilməsi tələb olunur.
Valyuta.az