AZ

“Rusiya ilə Azərbaycan arasında müharibəni Türkiyə və ingiltərə istəyir” – Lipovoy

“Rusiya ilə Azərbaycan arasında hərbi münaqişəni istisna etmirəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Rusiya Zabitləri” Ümumrusiya Təşkilatının Rəyasət Heyətinin sədri Sergey Lipovoy bildirib: “Bu müharibəni həyata keçirməyə çalışacaq Türkiyə və İngiltərədir”. Onun sözlərinə görə, Ukraynadakı müharibəni nəzərə almaqlaq Moskvanı münaqişəyə təhrik edirlər. Məqsəd Rusiyanı zəiflətməkdir.

“Rusiya Azərbaycanla Dağıstan bölgəsində həmsərhəddir. Və tamamilə mümkündür ki, Azərbaycanın sərhədyanı rayonlarında hardasa, hətta yerli əhalinin ölümü ilə də təxribat törədilsin. Azərbaycan isə bütün nəticələrlə bunun üçün Rusiyanı günahlandıra bilər”, – ekspert hərbi münaqişənin başlanmasının mümkün ssenarisini açıqlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
12
50
konkret.az

10Mənbələr