AZ

“Britaniya Rusiya-Azərbaycan gərginliyinə “benzin tökür”- BÖYÜK İDDİA

Rusiya Böyük Britaniyanı Azərbaycanla münaqişəyə “benzin tökməkdə” ittiham edir. 

“Cebheinfo.az” xəbər verir ki, Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov “Qazeta.Ru”-ya bu barədə bildirib.

O deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki fikir ayrılıqları süni şəkildə kənardan qızışdırılır.

"Rusiya ilə Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışan bir neçə kənar tərəf var. Bunlar Qərb dövlətləridir ki, Moskvanın bütün qonşuları ilə problem yaşamasını çox istəyirlər. NATO ölkələri arasında qeyri-rəsmi razılaşma olduğu güman edilir. 

Həmin razılaşmaya görə, Fransa Rusiya ilə Ermənistan, Britaniya isə Rusiya ilə Azərbaycan arasında münasibətlərin pozulmasına görə məsuliyyət daşıyır”.

Markovun fikrincə, Ermənistana təsir etmək Azərbaycandan daha asan olub, çünki Azərbaycana Qərbyönümlü deyil, suveren siyasət yeridən prezident rəhbərlik edir.

"Azərbaycanı Rusiyadan qoparmaq daha çətindir, lakin Britaniya xüsusi xidmət orqanları Fransa xüsusi xidmət orqanlarından qat-qat güclüdür. Ona görə də indiki bütün boşluqlarda bu kənar tərəflərin böyük rolu var. 

Bundan əlavə, Rusiyanı təkcə Azərbaycanla deyil, Türkiyə ilə də düşmən etmək istəyən çox güclü türkofob qüvvələr var", - politoloq iddia edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə daha əvvəl bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır:

“Əlbəttə ki, bunu bəyənməyən qüvvələr var”.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlıların silsilə həbsi və 2 nəfərin ölümündən sonra Moskva ilə Bakı arasında münasibətlər pisləşib. İyulun 1-də Bakıda İrandan narkotik tranziti, qadağan olunmuş maddələrin onlayn ticarəti və kiber fırıldaqçılıqda şübhəli bilinən səkkiz rusiyalı həbs edilib.

Seçilən
16
50
cebheinfo.az

10Mənbələr