AZ

İzmirdə yanğınlarla mübarizə davam edir

İzmirdə meşə yanğınları ilə mübarizə aramsız davam edir.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhərin Buca və Ödəmiş rayonlarında meşə sahələrində baş verən yanğınlara hava və quru müdaxiləsi davam edir, Çeşmə rayonunda isə meşə yanğını nəzarət altına alınıb.

Ödəmişdə 4 təyyarə və 10 vertolyot, Buca yanğınında 4 təyyarə və 11 helikopter işə başlayıb.

Bucada dünən saat 17:00 radələrində  Zəfər Məhəlləsi yaxınlığında çıxan, Qaziemir rayonundakı Kısık məhəlləsinə keçən və gecə boyu qurudan müdaxilə olunan yanğın davam edir.  

Hadisələrlə bağlı 2 şübhəli saxlanılıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
13
35
missiya.az

10Mənbələr