AZ

Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatıb

Türkiyədə meşə yanğınları davam edir.

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir.

Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb. 

Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb.

İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay “Çeşmədə güclü külək səbəbilə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq” deyib.

Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb.

Seçilən
18
35
xezerxeber.az

10Mənbələr