AZ

Rusiya ilə münasibətlərdə böhran: Bakıdan ilk addım gözlənilmir -AÇIQLAMA

Azərbaycan və Rusiya münasibətlərində son hadisələrdən sonra gərginlik davam edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya və Azərbaycan münasibətlərinin normallaşması üçün birinci addımı, aydındır ki, Moskva atmalıdır:

"Çünki münasibətlərin gərginləşməsinin təşəbbüskarı Azərbaycan olmayıb. Əksinə, Azərbaycan qonşu dövlətlərlə, həmçinin Rusiya ilə də normal münasibətin tərəfdarıdır. Çox təəssüf ki, keçən ilin dekabr ayında Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra Rusiya öz üzərinə düşəni etmədi. Kompensasiya və cinayətkarların cəzalandırılması reallaşmadı".

Politoloqun sözlərinə görə, son hadisələrdən sonra da Rusiya ilə münasibətdə ciddi suallar yarandı.

"Yekaterinburq şəhərində azərbaycanlıların işgəncə görməsi, döyülməsi, 2 vətəndaşımızın öldürülməsi – bunlara rəğmən, heç bir üzrxahlığın olmaması, cinayətkarların cəzalandırılmaması yenidən münasibətləri gərginləşdirdi. Azərbaycan münasibətlərin yumşalmasında maraqlıdır, ancaq birinci addımı atmayacaq. Bizim müstəqil xarici siyasətimiz var və biz bərabərhüquqlu tərəfdaşlığı dəstəkləyirik. Əgər Rusiya addım atmasa, münasibətlərdə gərginlik olduğu kimi qalacaq", deyə E.Şahinoğlu vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
13
50
redaktor.az

10Mənbələr