AZ

Azərbaycanda adlı-sanlı klub kiçildi - Bunda AFFA-nın günahı varmı?

“Qəbələ”nin akademiyasının fəaliyyətinin müvqqəti olaraq məhdudlaşdırılması ilə bağlı bəyanatı şok effekti yaratdı. Əyalət təmsilçisi bu addımını maliyyə çətinlikləri ilə əlaqələndirdi.
Uzun illər “Qəbələ”nin Futbol Akademiyası ölkədə ən yaxşılardan olub. Vaxtilə “qırmızı-qaralar”ın aşağı yaş qrupları üzrə komandaları dünyanın dörd bir yanında müxtəlif turnirlərdə iştirak edirdilər. Hətta xatırlayıram ki, “Qəbələ”nin U-15 komandası bir dəfə Braziliyaya da turnirə yollanmışdı.
Qəbələ”nin infrastrukturuna da hamı heyranlıqla tamaşa edir. İstənilən klub belə bir meydançalara sahib olmaq istərdi. Təsəvüvr edin ki, stadionda 6 təbii örtüklü məşq meydançası mövcuddur. Dünən klubun idman direktoru Səbuhi Səfiyarlı “Report”a açıqlamasında məşq meydançalarının müəyyən hissəsini bağlaya biləcəklərini deyib. Əlbəttə ki, bu, infrastruktur baxımından min-bir əziyyət çəkən Azərbaycan futbolu üçün daha bir ağır zərbə olardı.
“Qəbələ”nin dünənki bəyanatından sonra sosail şəbəkələrdə hər kəs AFFA-nı günahlandırmağa başladı, sanki klubun 2 il əvvəl I Liqaya düşməsinin də səbəbkarı federasiya olub, sponsorun maddi xərcləri azaltmasının da. Hərçənd ki, bu məsələ özü də mübahisəlidir, sportinfo.az hələ iyunun 20-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun “Qəbələ”yə 3 milyon manata yaxın vəsait ayırdığını yazmışdı. Qeyd edək ki, bu xəbər kifayət qədər ciddi mənbədən əldə olunmuşdu və həttamətbuata çıxmasına görə klubda ciddi şəkildə narahat olmuşdular. Bir sözlə, “Qəbələ”nin gələn mövsüm üçün büdcəsi 5,5 milyon manata olacaq ki, bu da qarşısına Premyer Liqada qalmağı məqsəd qoyan komanda üçün heç də az deyil.
Bəs “Qəbələ” niyə indi Akademiyanın fəaliyyətini məhdudlaşdırmağa qərara alıb? İnanmıram ki, bu sırf maddi səbəblərə görədir. Məncə, klub rəsmiləri legioner limitinin ləğv olunmasını gördükdən sonra Akademiyaya pul xərcləməyin perespektivsiz olduğunu anlayıblar. Yəqin ki, komanda gələn mövsüm saysız-hesabsız afrikalı legionerlərlə oynayacaq və büdcəni də bu istiqamətdə xərcləyəcək. Dünən “Qəbələ”nin bəyanatından sonra əksəriyyət AFFA-nı günahlandırsa da, məncə, federasiyanın bu məsələdə əsas bir suçu var – o da 2,5 milyon manatın böyük hissəsini Akademiyalara xərcləməklə bağlı klublar qarşısında şərt qoymamaqdır. Təsəvvür edin, “İmişli” Prremyer Liqaya çıxan kimi stadionunu, Akademiyasını düzəltmək əvəzinə heç kimin tanımadığı portuqaliyalı baş məşqçini gətirdi. Məşqçidən söz düşmüşkən, indi madii çətinlikıərə görə, Akademiyasını məhdudlaşdırdığını deyən “Qəbələ” ötən mövsüm I Liqada əcnəbi mtəxəssisin rəhbərliyi altında çıxış etdi. Yəqin razılaşarsız ki, Kaxaber Sxadadze ayı 3-4 min manata işləyən adam deyil.
“Qəbələ” Premyer Liqanı tərk etdikdə AFFA İcraiyyə Komitəsi Akademiya və infrastrukturun saxlanılması məqsədi ilə 700 min manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul etdi. Bundan başqa, kluba dəstək məqsədi ilə müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsinə də az vəsait xərclənmədi. Ötən il Azərbaycanın aşağə yaş qrupları üzrə milli komandaları əksər toplanışlarını Qəbələyə saldı və bu da klubun büdcəsinə az xeyir gətirmədi.
Azərbaycan milli komandasının Estoniya ilə oyunundan əvvəl isə AFFA tərəfindən stadionun təmirinə və səs sisteminin düzəldilməsinə ümumilikdə 330 min manat xərcləndi. Maraqlııdr ki, sonradan AFFA Region Liqasının finalını Qəbələyə təyin edəndə klubdan qiymətləbağlı hər hansı jest gözləsə də, bu, baş vermədi.
İndi özünüz fikirləşin, bütün bunlardan sonra klubun Akademiyasının fəaliyyətini məhdudlaşdırmasına görə yalnız AFFA-nı günahkar saymağa dəyərmi?

ELNUR

Seçilən
4
41
sportinfo.az

10Mənbələr