“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun qalibiSloveniyada “Rapid” ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olacaq.
"Sabah" 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.
19:30 “Sabah” (Azərbaycan) – “Rapid” (Buxarest, Rumıniya)