Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, son dövrlərdə Rusiya tərəfindən Azərbaycana qarşı müxtəlif formada təzyiqlərin artdığı müşahidə olunur:
“Bu təzyiqlər əsasən miqrantlara qarşı sərt münasibət, Azərbaycanlılara qarşı ayrı-seçkilik, iş adamlarının sıxışdırılması, həbslər, hətta ölüm halları ilə müşayiət olunur. Bu kimi hallar əvvəllər də baş versə də, indiki mərhələdə onların eyni vaxtda, koordinasiyalı şəkildə həyata keçirilməsi diqqət çəkir.
Rusiya uzun illərdir ki, Azərbaycana zaman-zaman təzyiq göstərmək üçün bu cür vasitələrdən istifadə edir. Bura miqrantların ölkədən çıxarılması, Azərbaycan məhsullarına qarşı gömrük maneələri, siyasi bəyanatlar və informasiya məkanında qarayaxma kampaniyaları daxildir. Ancaq bu dəfə vəziyyət daha sistemli və sərt şəkildə baş verdi.
Moskva, Sankt-Peterburq və digər şəhərlərdə Azərbaycan vətəndaşlarına qarşı bir neçə paralel insident yaşandı. Bu da göstərdi ki, söhbət təsadüfi hadisələrdən yox, məqsədli bir kampaniyadan gedir. Azərbaycan dövləti bu dəfə fərqli mövqe nümayiş etdirdi”.
Politoloq qeyd edib ki, əgər əvvəlki illərdə rəsmi Bakı belə hallar qarşısında daha çox vəziyyəti yumşaltmağa çalışırdısa, bu dəfə sərt cavab verildi:
“Rusiya tərəfinin davranışlarına adekvat olaraq, Azərbaycanda da Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı məhdudiyyətlər tətbiq olundu, rəsmi səfərlər ləğv edildi, mədəni tədbirlər təxirə salındı. Bu, Azərbaycanın artıq təzyiq dili ilə danışan tərəfdaşlara qarşı güzəştli mövqe tutmayacağını göstərdi.
Azərbaycan hər zaman əməkdaşlığa açıqdır, lakin qarşı tərəf zorakı və aşağılayıcı davranış sərgilədikdə, adekvat cavab verir. Rusiya tərəfi isə ikili mesajlar verir. Bir tərəfdən sülh və dostluq çağırışları edilir, digər tərəfdən isə informasiya məkanında təhdid tonu hiss olunur.
Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın son açıqlamaları da bunun bariz nümunəsidir. Bu mərhələdə əsas sual budur ki, münasibətlər normallaşacaq, yoxsa gərginlik daha da artacaq?
İndiki mərhələdə ehtimal olunan iki ssenari var: ya tərəflər diplomatik yollarla vəziyyəti sabitləşdirəcəklər, ya da münasibətlər daha sərt və riskli fazaya keçəcək. Hər iki halda Azərbaycanın mövqeyi artıq aydındır təzyiq dilinə güzəşt yoxdur”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
nocomment.azNATO rəhbəri ABŞ-a çağırış etdi: Ukraynaya silah tədarükündə çeviklik lazımdır ( 18953074)
-
sherg.azABŞ mətbuatı: BMT-nin nüvə müşahidəçiləri İranı quru yolla tərk ediblər ( 18951010)
-
publika.azNecə bir ironiya: Rusiya Çin silahı ilə Çinin konsulluğunu vurub ( 18950674)
-
sherg.azParlamentari: Rusiya imperialist siyasətin əsirinə çevrilib ( 18950146)
-
sherg.azParlamentari: Rusiya imperialist siyasətin əsirinə çevrilib ( 18950023)
-
xalqqazeti.azUkrayna üçün hava qalxanı: Almaniya “Patriot” sistemləri almağa hazırlaşır ( 18949792)
-
xalqqazeti.azUkrayna üçün hava qalxanı: Almaniya “Patriot” sistemləri almağa hazırlaşır ( 18949690)
-
musavat.comXankəndidən İrəvana İSMARIŞ, Paşinyanın Ermənistanda açdığı “cəbhə” ( 18947293)
-
lent.az108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı ( 18946828)
-
Ajans.azRusiya kimyəvi silahdan istifadə edir ( 18946612)