AZ

Jotanın itkisi Salahı sarsıtdı – Ulduz futbolçu geri qayıdır

İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah tətilini vaxtından əvvəl yarımçıq saxlayaraq bu gün geri dönəcək.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, vingerin Yunanıstandan erkən qayıtmasının səbəbi komanda yoldaşı Dioqu Jotanın iyulun 3-də faciəvi şəkildə həlak olmasıdır.

Salah tətilini növbəti həftə başa vurmalı idi. Lakin 29 yaşlı Jota və onun qardaşının dünən avtoqəzada həyatını itirməsi planları dəyişib.

Qeyd edək ki, Dioqu Jota 2020-ci ildən “Liverpul”da çıxış edib. Bu müddətdə o, 182 oyunda 65 qol vurmuş və 26 məhsuldar ötürmə etmişdi. Klub rəhbərliyi Jotanın 20 nömrəli formasını əbədiləşdirmək qərarı verib.


Seçilən
7
29
news24.az

10Mənbələr