Prezident Donald Tramp Konqresdə özünün "böyük, möhtəşəm qanun layihəsi"nin qəbul edilməsini qeyd edib, bu genişmiqyaslı tədbiri "indiyə qədər imzalanmış ən böyük qanun layihəsi" adlandırıb. deyib ki, o, bu ölkəni kosmik gəmiyə çevirəcək.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
O əlavə edib ki, bu, "tarixdə ən böyük vergi endirimi" ilə yanaşı, sərhəd təhlükəsizliyinə və orduya böyük investisiyaları da əhatə edir.
Tramp bununla rekord artım əldə ediləcəyinə işarə edib.
O, cümə günü Ağ Evdə qanun layihəsini rəsmi olaraq imzalayacağını, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin səmada fırlanaraq bunu qeyd edəcəyini söyləyib.
"Təxminən saat 17:00-da B-2, F-22 və F-35-lər Ağ Evin üzərindən uçacaq. Ona görə də bu möhtəşəm qanunu təyyarələr başımızın üstündə uçan zaman imzalayacağıq", - deyə Tramp bildirib.