“Transneft”in vitse-prezidenti Andrey Bədəlov pəncərədən yıxılıb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, top-menecer yerindəcə dünyasını dəyişib.
Bədəlovun meyiti bu gün səhər saatlarında Rublevskoye şossesində yaşadığı mənzilin pəncərələrinin altında tapılıb. Fakt araşdırılır.
Bədəlov 2021-ci ildən bu vəzifədə idi, rəqəmsal transformasiya, informasiya texnologiyaları, istehsal və biznes fəaliyyətlərinin avtomatlaşdırılmasına nəzarət edirdi.
Gülayə Mecid