AZ

Göyərtəsində 14 nəfərin olduğu təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çərşənbə günü ABŞ-nin Nyu-Cersi ştatının Qloster dairəsində göyərtəsində azı 14 nəfərin olduğu kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə ABC teleşirkətinin yerli bölməsi xəbər yayıb.

Qəza zamanı azı 5 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Hadisə yerli vaxtla təxminən saat 17:30-da (Bakı vaxtı ilə saat 2:30) Vilyamstaun hava limanı yaxınlığında baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
50
avtosfer.az

10Mənbələr