AZ

“Hər məsciddə kitabxana” layihəsinin birinci mərhələsi başa çatıb

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsinin birinci mərhələsi başa çatıb.

İlk mərhələdə respublikanın Quba-Xaçmaz bölgəsini əhatə edən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yerləşən bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi məscidlərin maarifləndirici rolunu gücləndirmək, milli-mənəvi və dini dəyərlərin təbliğini, icma üzvləri, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin formalaşmasını təşviq etməkdir.

Layihə 2025-ci ilin sonunadək şəhər, qəsəbə və kəndlərdə yerləşən 250 məscidi əhatə edəcək və növbəti illərdə də davam edəcək. Fond tərəfindən il ərzində dini ibadətgahlara kitab rəflərinin və 100 adda olmaqla ümumilikdə 25 min kitabın təqdim edilməsi nəzərdə tutulur. Məscidlərə verilən kitablar dini təyinatlı nəşrlərdən və elmin müxtəlif istiqamətləri, o cümlədən fəlsəfə, tarix, ədəbiyyat, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarətdir.

Birinci mərhələ siyahıda göstərilən məscidləri əhatə edir:

1. Qusar şəhəri "Mustafa Kazdal" məscidi;

2. Qusar rayonu, Həsənqala kənd məscidi;

3. Quba şəhəri "Cümə" məscidi;

4. Quba şəhəri "Ağ məscid";

5. Xaçmaz şəhəri "Təzə Şəhər" məscidi;

6. Xaçmaz rayonu, Müqtədir qəsəbəsi "Şeyx Ömər" məscidi;

7. Xaçmaz rayonu, Xudat kənd məscidi;

8. Xaçmaz rayonu, Qobuqırağı kənd məscidi;

9. Xaçmaz rayonu, Nərəcan kənd məscidi;

10. Xaçmaz rayonu, Yeni Həyat qəsəbə məscidi;

11. Xaçmaz rayonu, Pirquluoba kənd məscidi;

12. Şabran rayonu "Xıdır Zində" məscidi;

13. Şabran rayonu, Rəhimli kənd məscidi;

14. Siyəzən şəhəri "Cümə" məscidi;

15. Siyəzən rayonu, Yenikənd məscidi.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
10
icma.az

10Mənbələr