ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələrinə aid pilotsuz təyyarələr iyulun 3-dən 4-nə keçən gecə Moskva vilayətinin Serqiyev Posad şəhərinə zərbələr endiriblər.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində şəhərdə bir sıra infrastruktur obyektləri, metal emalı zavodu və eıektrik yarımstansiyası sıradan çıxarılıb.
Rayon rəhbəri Oksana Eroxanova bildirib ki, şəhərin elektrik enerjisi ilə təminatı dayanıb.
Onun sözlərinə görə, Zvezdoçka mikrorayonunda dörd partlayış baş verib. Əhali arasında yaralıların olduğu bildirilir.
Hazırda şəhərin müxtəlif ərazilərində güclü yanğınlar davam edir.
Elcan
Missiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.