"Milan" klubu PSJ-nin futbolçusu Marko Asensio ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "rossoneri" ispaniyalı vinger üçün Paris klubu ilə danışıqlara başlayıb.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Fənərbağça" da Asensionu transfer etmək istəyirdi. Hətta ona görə PSJ-yə 15 milyon avro ödəməyə hazır idilər.
Lakin ispaniyalı futbolçunun prioriteti hazırda Türkiyə deyil.